Xəbər lenti

Rusiyalı hərbi ekspert: Moskvanın Ermənistana borcu yoxdur...
Dünya09:22 17.11.2021

Rusiyalı hərbi ekspert: Moskvanın Ermənistana borcu yoxdur...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın heç kimə borcu yoxdur”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın "Joxovurd” qəzetinə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Moskvanın nə düşündüyünü söyləmək çətindir:
"Amma təbii, qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə qarışmaq istəmir... Niyə Rusiya Ermənistan üçün Ermənistanın özündən çox şey etsin? Rusiyanın heç kimə borcu yoxdur. Heç kim kimisə müdafiə etməyəcək, çünki bu, heç kimə lazım deyil... Belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizi əldə edə biləcək, eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri də həll olunacaq”.
Alpər