Xəbər lenti

Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq
Ölkə19:10 26.04.2021

Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək.
"Report”un məlumatına görə, bu barədə "Rosselxoznadzor” məlumat yayıb.
Qeyd olunub ki, səfər cari ilin may ayının ikinci yarısına planlaşdırılıb.
Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.