Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən axtarış-xilasetmə əməliyyatları zamanı 150 min dollar pul tapıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə
RBC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Rəsmilərin dediyinə görə, xilasedicilər 100 dollarlıq əskinasla dolu qazan aşkar ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 150 min dollar inventarizasiya üçün yerli polisə təhvil verilib.
Fevralın 6-na keçən gecə Türkiyə və Suriya sərhədi yaxınlığında 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib, ardınca 2,7 mindən çox zəif təkanlar olub. Son məlumatlara görə, Türkiyədə 31 643 nəfər ölüb, 158 165 nəfər yaralanıb.
Alpər