Xəbər lenti

Rusiyanı bu il müharibəni bitirməyə necə məcbur etmək olar? - Zelenski açıqladı
Dünya 15:53 04.07.2024

Rusiyanı bu il müharibəni bitirməyə necə məcbur etmək olar? - Zelenski açıqladı

Prezident Volodimir Zelenski əmindir ki, artıq bu il Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək olar. 

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı "Bloomberg” agentliyinə müsahibəsində deyib.

"Biz deyirik ki, gələcək üçün, gələn il və sair üçün - hamımız güclü olduğumuzu nümayiş etdirə bilərik. Hamımız Rusiyanı bu il müharibəni bitirməyə məcbur edə bilərik. Hamımız bir yerdə olanda buna qadirik. Göstərməliyik ki, hər birimiz güclü liderik ”, - deyə Zelenski noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri kontekstində bildirib.

Prezident həmçinin Ukraynaya yardımın azalmayacağı şərtləri ilə bağlı fikirlərini bildirib. "Əgər Amerika Birləşmiş Ştatlarında insanlar Ukraynanı, bizim dəyərlərimizi dəstəkləyərək öz prinsiplərində möhkəm dayansalar və bütün qaydaları, qanunları, azadlıqları, insanların hüquqlarını və demokratiyanı pozmağa imkan verməsələr, Putinə bu imkanı verməyəcəklər. O zaman Amerika Birləşmiş Ştatlarının hər hansı gələcək prezidenti istəsə də, Amerika Ukraynaya münasibətini kökündən dəyişə bilməyəcək, bu o deməkdir ki, o, yardımı azalda bilməyəcək”, - deyə Zelenski vurğulayıb.

Prezident hesab edir ki, ABŞ və Çin fikir ayrılıqlarını unudub birləşsələr, müharibəni dayandıra bilərlər. Onun fikrincə, Pekin bunda "böyük rol” oynaya bilər, çünki Moskva ixrac bazarından asılıdır.

Zelenski həmçinin Kreml hökmdarı Putinin növbəti sülh sammitinə dəvət oluna biləcəyini də istisna etməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->