Xəbər lenti

Rusiyanın ABŞ-dakı səfiri: “Silah tədarükü Kiyevi qızışdırır”
Dünya10:25 06.01.2023

Rusiyanın ABŞ-dakı səfiri: “Silah tədarükü Kiyevi qızışdırır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın silah təchizatı Kiyevi "yeni dəhşətli əməllərə” sövq edir.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
"Administrasiya öz hərəkətləri ilə yalnız ukraynalı radikalları yeni dəhşətli əməllərə sövq edir. ABŞ-dan hərbi məhsulların hər çatdırılması ilə onlar daha çox cəzasızlıq hiss edirlər”, - Antonov bildirib.
Antonovun bəyanatı Ukraynaya daha əvvəl elan edilmiş "Bradley” piyada döyüş maşınlarının çatdırılmasına cavab olaraq verilib. Pentaqona görə, bu tip silahlar "tank qatilləri"dir.
Alpər