Xəbər lenti

Rusiyanın mühasirədə saxladığı Ukrayna limanlarındakı gəmilərdə azərbaycanlılar da var
Dünya05:52 09.06.2022

Rusiyanın mühasirədə saxladığı Ukrayna limanlarındakı gəmilərdə azərbaycanlılar da var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan şəxslər də var".
Qaynarinfo xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan, təxminən, 80 gəmi mühasirədədir:
"Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan, Türkiyə və Suriyadan da çox sayda insan var". 
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.