Böyük Britaniyadan olan araşdırmaçıların yeni araşdırması Rusiyanın trol fabrikinin onlayn müharibə təbliğatı aparmaq üçün yeni taktikalardan necə istifadə etdiyini göstərir.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin açıqlamasında
deyilir.
Britaniya hökuməti bildirib ki, Rusiyada çalışan trollar sosial mediada yalan yayır və rejimin tənqidçiləri və rəqiblərini hədəf alırlar.
Hədəf alınanlar sırasında Boris Conson, musiqiçilər Daft Punk, Devid Qetta və Tiesta-nın sosial media profilləri var.
"Biz Kreml və onun qaranlıq trol fabrikinin Putinin qeyri-qanuni müharibəsi yalanları ilə bizim onlayn məkanımıza girməsinə imkan verə bilmərik”, - Böyük Britaniya xarici işlər naziri Liz Trus deyib.
O əlavə edib ki, London beynəlxalq tərəfdaşlarını məsələ ilə bağlı xəbərdar edib.
"Cyber Front Z” adlı şifrəli mesajlaşma teleqram aplikasiyası əməliyyatının xəstə rəhbələrinin Sankt Peterqburqdakı evdən işlədiyi bildirilir.
Rusiyanın Fontanka saytının məlumatına görə, qrup sosial şəbəkələrdə gün ərzində 200 şərh yazmaq müqabilində 600 dollar maaş təklif edir.
Əməliyyatın əsas məqsədi Rusiyanın Ukraynadakı əməliyyatı ilə bağlı beynəlxalq ictimai rəyə təsir etmək və Putini tərifləməkdir. Bu əməliyyatın izləri Facebook, Tik-tok, Teleqram və Twitter-də tapılıb.
Britaniyalı araşdırmaçılar dezinformasiya kampaniyası yaymağın yeni taktikalarına diqqəti çəkib.
Trollara hazır məzmun əvəzinə öz şərhlərini yazmaq tövsiyə olunur ki, adi istifadəçi şərhləri çoxalsın. Beləcə rus meyilli movqeyi təmsil edən şərhlərin sayı çox görsənir.
Bu strategiya sosial şəbəkələrin trol fəaliyyəti ilə bağlı şübhələrini aradan qaldırır.
Nurlan Hüseynov