Xəbər lenti

Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb
Ekonomiks14:26 01.12.2016

Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi 19-25 noyabr hesabat həftəsində 3,7 mlrd. ABŞ dolları və ya 0,95% azalaraq 385,7 mlrd. dollar təşkil edib.

Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. 

Rusiyanın qızıl-valyuta ehtiyatları 12-18 noyabr həftəsində də 3,7 mlrd. dollar və ya 0,94% azalma göstərib. Beləliklə, Rusiaynın qızıl-valyuta ehtiyatlarında azalma 2 həftə ərzində 7,4 mlrd. dollar və ya 1,9% olub.

Xatırladaq ki, Rusianın qızıl-valyuta ehtiyatları özündə Mərkəzi Bank, Rifah Fondu və Ehtiyat Fondunun aktivlərini birləşdirir.(Report)

Qaynarinfo.Az