Xəbər lenti

Rusiyaya işləyən azərbaycanlılara şad xəbər
Ölkə09:40 11.04.2014

Rusiyaya işləyən azərbaycanlılara şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada azərbaycanlıların alver etmələri üçün yeni bazar istifadəyə verilib. 

Anspress-in məlumatına görə, bu barədə Rusiyada yaşayan iş adamı məlumat verib. O qeyd edib ki, Domodedova şəhərində “Domodedovski” adlanan bazar ötən gün fəaliyyətə başlayıb. Bazarda azərbaycanlıların ticarətlə məşğul olmaları üçün hər bir şərait yaradılıb.

Bazarda yerləşən obyektlərin 90%-i azərbaycanlıların istifadəsinə verilib. Qeyd edək ki, Moskvanın Qərbi Brulyevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlıların əksəriyyəti bu bazarda işləməyə başlayıb.

Qaynar.info