Xəbər lenti

Ruslar Azərbaycan meyvəsi istəyir
Ekonomiks16:39 13.09.2013

Ruslar Azərbaycan meyvəsi istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hökumətinin miqrantlarla bağlı qərarları və daha çox azərbaycanlıların çalışdığı bazarların bağlanması Azərbaycandan Rusiyaya, xüsusilə də paytaxt Moskvaya kənd təsərrüfat malları ixrac edən həmvətənlərimizin iqtisadi vəziyyətinə elə də ciddi təsir göstərməyib.

Əksinə mövsumu amillərlə əlaqədar Rusiya bazarlarında Azərbaycanda becərilən meyvə-tərəvəz məshullarına tələbat artıb. Ölkədə istehsal olunan kənd təsərrüfatı mallarının keyfiyyətli olması ruslar üçün burdan aparılan tərəvəz və meyvələri vazkeçilməz edir. Samuxda jurnalistlərin suallarını cavablandıran kənd təsərrüfatı naziri İsmət Abbasov Rusiyanın Azərbaycan məhsulları üçün geniş bazar olduğunu deyib.

“Ola bilər ki, Rusiyada öz qanunlarına uyğun hər hansısa işləri görürlər bazarlarında, bu bizdən asılı məsələ deyil. Amma ümumilikdə Kənd Təsərrüfatı məhsullarının ixracatı davam edir, və hər il ixracat 6 % artır. Növbəti illərdə də davam etdikcə ixracat da artacaqdır.” - deyə Kənd Təsərrüfatı, İsmət Abbasov bildirib.

Nazir həmçinin bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların sözügedən məsələlərdə problemlərini qismən də olsa həll etmək üçün dövlət strukturları aidiyyatı orqanlarla danışıqlar aparır. Həmvətənlərimizin rastlaşdığı vəziyyət diqqət mərkəzindədir. (anspress)