Xəbər lenti

Ruslar Ermənistanda hərbi hospital açdı
Dünya19:29 04.02.2014

Ruslar Ermənistanda hərbi hospital açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hospitalda motoatıcı və aviasiya bazalarının hərbi qulluqçularının müalicəsi nəzərdə tutulur

Rusiyanın Ermənistandakı hərbi bazasında yeni struktur bölməsi - Rusiya cənub hərbi dairəsinin 1602 saylı hərbi klinik hospitalı yaradılıb. 

Ans press erməni mətbuatına istinadən bildirir ki, bu barədə cənub hərbi dairəsinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, hospital 100 çarpayıdan ibarət çox profilli müalicə müəssisəsi olacaq. Hospitalda diaqnostika, fizioterapiya, cərrahiyə, stomatologiya, rentgen bölmələri var. Tibb müəssisəsində rus hərbçilərin ailə üzvləri və Ermənistan vətəndaşları işləyə biləcək. 

Hospitalda Rusiyanın Ermənistandakı motoatıcı və aviasiya bazalarının hərbi qulluqçularının müalicəsi nəzərdə tutulur. Burada, həmçinin yeni əsgərlər tibbi baxışdan keçirilir, hərbi-tibbi komissiya fəaliyyət göstərir.

Qaynar.info