
Xəbər verdiyimiz kimi Rusiya hərbçiləri cümə axşamı Krımda Donuzlav gölünə girişdə "Oçakov" qayıq əleyhinə gəmini batırıblar.
Bununla da onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin dənizə girişinin qarşısını alıblar. Gəminin batma dərinliyi 9-11 metrdir. Onun yuxarı hissəsini görmək mümkündür. İndiki şəraitdə Donuzlav gölünə giriş və çıxış bağlıdır. Gəmini sudan çıxarmaq üçün xeyli vaxt və maliyyə vəsaiti tələb olunur.///“qafqazinfo”
Gəminin batırılma videosunu təqdim edirik:




