Xəbər lenti

Ruslar Xersondan geri çəkilməyə hazırlaşır, Donetski itirməkdən qorxurlar - ISW
Dünya06:11 19.09.2022

Ruslar Xersondan geri çəkilməyə hazırlaşır, Donetski itirməkdən qorxurlar - ISW

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xerson vilayətinin qərb hissəsindəki Rusiya hərbçiləri Xarkov yaxınlığındakı müdafiənin süqutuna xarakterik olan xaotik geri çəkilmənin qarşısını almaq üçün idarə olunan geri çəkilmə ilə daha qorunan mövqelərə çəkilməyə çalışır.
Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir.
Bir neçə Rusiya bölməsi cəbhə xəttinin bəzi hissələrində dağılıb və ukraynalılara Xerson bölgəsində irəliləməyə imkan verib.
Analitiklərin fikrincə, Ukrayna qüvvələri Rusiyanın logistik yollarını bağlamağa davam etsələr və hücumu dayandırmasalar, yaxın həftələrdə Xerson vilayətinin qərbi hissəsinin hamısını olmasa da, böyük hissəsini geri alacaqlar.
Ötən həftə Rusiya komandanlığı Donbasda yerləşən bütün bölmələrə "geri çəkilməmək” əmri verib və onlardan vəziyyətin inkişafından asılı olmayaraq öz mövqelərini saxlamağı tələb edib.
ISW-də qeyd edir ki, belə bir əmr Rusiyanın Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin sürətli əks-hücumunu istisna etmədiyini, həmçinin bu istiqamətdə öz bölmələrinin döyüş qabiliyyətinə inanmadığını göstərir.
Nizami Bağırov