Xəbər lenti

Rüstəm İbrahimbəyov: "Yanacağın bahalaşmasının əleyhinəyəm"
Ölkə15:50 04.12.2013

Rüstəm İbrahimbəyov: "Yanacağın bahalaşmasının əleyhinəyəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Milli Şuranı qərarını məmuniyyətlə qəbul etdim. Razı olduğumu söylədim. Başqa dostlarıma da təşəkkürümü bildirdim və Cəmil müəllimi sədr seçilməsi münasibətilə ürəkdən təbrik etdim. Mənə elə gəlir ki, Milli Şuranın yeni mərhələsi başlayır. Var qüvvəmizlə Milli Şuranın işində iştirak etməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azadlıq” qəzetinə Milli Şuranın fəxri sədri, görkəmli kinorejissor Rüstəm İbrahimbəyov qurumun son sessiyasında qəbul olunan qərarlarla bağlı deyib. O bildirib ki, Milli Şuranın sessiyasından öncə yayımladığı bəyanatda hər şeyə aydınlıq gətirib: “Hansı səbəblərə görə Milli Şuranın sədrliyindən getmək istədiyimi yazdım. Onu da qeyd etmişdim ki, Milli Şura bu barədə nə qərar qəbul etsə, tabe olacam. İndi də təkrar edirəm, verilən qərarları qəbul edirəm. Bundan sonra da ölkədə demokratiyanın bərqərar olması üçün əlimdən gələni edəcəm”. 

Müsavat başqanı İsa Qəmbərin sessiyada verdiyi “əgər Rüstəm İbrahimbəyov fəxri sədr seçilsə, Müsavat partiyası Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacaq” bəyanatına kinorejissor belə münasibət bildirib: “Bu, onların öz işləridir və işlərinə qarışmıram”. Rüstəm İbrahimbəyov ölkədə yanacağın qaldırılmasına da münasibətini bildirib: “Milli Şura son sessiyasında bu barədə bəyanat yayımlayıb. Bu bəyanatın müəlliflərindən biri də mənəm. Mən də yanacağın bahalaşmasının əleyhinəyəm və öz narazılığımı bildirmişəm”.

Qaynar.info