Xəbər lenti

Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyi tarix açıqlandı
Ölkə10:52 17.07.2013

Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyi tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müxalifətin prezidentliyə vahid namizədi Avropa səfərini təxirə salır

Milli Şuranın sədri, qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı günü açıqlayıb. O, “Media forum” saytına deyib ki, iyulun 30-da gələcək: “Avqustun 2-də Azərbaycanda kino işçilərinin bayramıdır. Həmin gün Bakıda olmalıyam, tədbirlərdə iştirak etməliyəm. Hələlik bilet almamışam”.

Yayılan informasiyaların əksinə olaraq Rüstəm İbrahimbəyov Avropaya səfərinin başlamadığını bildirib: “Hazırda Moskvadayam, burada bəzi işlərim var, onları həll edirəm. Avropaya səfərim başlamayıb. Səfərlə bağlı danışıqlar aparıram. Səfər iyulun 21-nə nəzərdə tutulub. Amma ola bilsin ki, avqusta təxirə salınsın”.

Milli Şuranın sədri deyib ki, Avropaya səfəri, orada rəsmilərlə görüşməsi məsələsində problem yoxdur: “Səfərin uzanması mənim işlərimlə bağlıdır”.


Qaynar.info