Xəbər lenti

Rüşvətdə ittiham edilən generalın məhkəməsinin vaxtı bilindi
Ölkə09:48 26.12.2023

Rüşvətdə ittiham edilən generalın məhkəməsinin vaxtı bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı məlum olub.
Qaynarinfo xəbər verir ki, növbəti proses dekabrın 29-da keçiriləcək.
İş hakim Hüseyn Məmmədovun icraatındadır. 
Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə cari ilin əvvəllərində saxlanılıb. 
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Tofiq Həsənovun təqsiri sübuta yetiriləcəyi təqdirdə onu səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. 
Seyid