Xəbər lenti

Rövnəq Abdullayev də "Facebook"-a gəldi
Ölkə11:53 24.05.2013

Rövnəq Abdullayev də "Facebook"-a gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev facebookda sualları cavablandıracaq. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ARDNŞ rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib. Yeni layihə çərçivəsində şirkətin prezidenti Rövnəq Abdullayev səhifə istifadəçilərinin suallarını görüntülü cavablandıracaq: “Layihənin məqsədi təklif və iradlarınızın ARDNŞ rəhbərliyinə daha asan və sürətli çatdırılmasıdır. Obyektivliyin təmin edilməsi məqsədilə göndərilən suallar arasından ən çox “Like” toplayanlar seçilərək cavablandırılacaq. Ünvanlanan sualların intensivliyi və aktuallığı nəzərə alınaraq R.Abdullayev ay ərzində bir və ya bir neçə dəfə sizi maraqlandıran məsələlərə aydınlıq gətirəcək”.