Xəbər lenti

Rövnəq Abdullayev səs verdi
İdman17:22 29.05.2015

Rövnəq Abdullayev səs verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi başlayıb. 
sportnet.az-ın yaydığı məlumatına görə, ümumilikdə 209 ölkənin milli assosiasiyası əlifba sırası ilə 2 qutuya bölünərək, hərəyə 1 səs veriblər. 
Artıq AFFA prezidenti Rövnəq Abdullayev də seçki qutusuna yaxınlaşaraq, seçimini edib. Ümumilikdə Avropadan 53, Afrikadan 54, Asiyadan 46, Şimali və Mərkəzi Amerikadan 35, Cənubi Amerikadan 10 və Okeaniyadan 11 səs veriib.  
İlkin mərhələdəcə qalib gəlmək üçün namizədlər səslərin 2/3-ni yığmalıdırlar. İkinci mərhələdə isə qələbə üçün sadə səs çoxluğu da kifayətdir. 
Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparır.
Qaynar.info