Xəbər lenti

Rza Zərrab azadlığa buraxıldı
Dünya12:41 28.02.2014

Rza Zərrab azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ona ölkədən kənara çıxmağa qadağa qoyulub

Türkiyədə 17 dekabrda həyata keçirilən rüşvət və korrupsiya əməliyyatı çərçivəsində həbs olunan iranlı iş adamı Rza Zərrab, eks-daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan bu gün azad ediliblər.

AzVision.az xəbər verir ki, bu barədə türk mətbuatında məlumat yayılıb. Bildirilir ki, onlar da daxil olmaqla 5 nəfərin həbsdən azad edilməsi qərarı bu gün verilib.

Eyni zamanda qeyd olunur ki, onlara ölkədən kənara çıxmağa qadağa qoyulub. Bununla yanaşı, hər cümə günü iş saatlarında yaxınlıqda yerləşən polis bölmələrindən birinə gedib məlumat verməlidir.

Qaynar.info