
İş adamı Rza Zərrab haqda cinayət əməlləri ilə bağlı məhkəmə həbs-qəti imkan tədbiri seçib.
Qaynar.info-nun aznews.az-a istinadən verdiyi xəbərə görə, Türkiyədə istintaqı davam edən böyük rüşvət olayı ilə bağlı yeniliklər var.
İş adamı Rza Zərrab, daxili işlər naziri Muammer Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın övladlarının da olduğu 14 nəfərlik qrupun cinayət əməlləri ilə bağlı məhkəmə həbs-qəti imkan tədbiri seçib.
Ümumilikdə isə son bir neçə gün ərzində Türkiyədə məlum hadisələrlə bağlı həbs olunanların sayı 22-yə çatıb.
Şübhəlilər arasında olan İstanbul şəhəri Fatih rayon bələdiyyə başçısı Mustafa Dəmir isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qaynar.info