Xəbər lenti

Rza Zərrab xəstəxanaya aparıldı
Dünya07:17 31.01.2014

Rza Zərrab xəstəxanaya aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İş adamı Metris həbsxanasında diş ağrısından şikayətlənərək həkimə müraciət edib


17 dekabr korrupsiya əməliyyatı çərçivəsində saxlanılan iş adamı Rza Zərrab xəstəxanaya çatdırılıb. Ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş adamı Metris həbsxanasında diş ağrısından şikayətlənərək həkimə müraciət edib.

Həbsxananın həkimi Rza Zərrabın dişinin müalicə olunması üçün xəstəxanaya aparılmasının vacibliyini bildirib. Rza Zərrab ambulansla xəstəxanaya çatdırılıb.

Onun dişinə bir neçə ağrıkəsici iynə vurulduqdan sonra həbsxanaya qaytarılıb. O, xəstəxanada 1 saat qalıb.


Qaynar.info