
İran mətbuatı Türkiyədə rüşvət və korrupsiya ittihamları ilə həbs olunan iş adamı Rza Zərrabın İrandakı şərikinin ölkənin məşhur milyarderi Babək Zəncani olduğunu bldirib.
Qaynar.info xəbər verir ki, İranın "Qanun" qəzeti Rza Zərrabın Babək Zəncani ilə birlikdə işlədiyini yazıb.
Xəbərdə bildirilib ki, Zərrab İranla bağlı ticarət əlaqələrini Zəncaniyə aid olan "Sorinet" Holdinq vasitəsilə aparırmış.
Zərrab prokurorluğa verdiyi açıqlamasında müştərilərindən birinin B.Z.Ö olduğunu demişdi.
Qaynar.info