Xəbər lenti

Saakaşvili ABŞ universitetində dərs deyəcək
Dünya12:49 21.12.2013

Saakaşvili ABŞ universitetində dərs deyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saakaşvili ABŞ universitetində dərs deyəcək Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ-da hüquq və diplomatiya təhsili verən “Fletcher school”-da dərs deyəcək.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili rəsmi facebook səhifəsində məlumat yayıb. Bu barədə hafta.az saytı xəbər verib.

Məlumatda bildirilir ki, Saakaşvili gələn ilin yaz semestrindən həmin universitetdə işə başlayacaq. M. Saakaşvili bundan sonra akademik işə üstünlük verəcəyini, regionda baş verənləri izləyib təhlili üçün çalışacağını bildirib. Bu qərarda ABŞ universitetində dərs deməsini ilk uğurlu addım adlandırıb.

Qeyd edək ki, “Fletcher school” ABŞ-da diplomatlar yetişdirən ən güclü məktəblərdən biridir.

Qaynar.info