
Erməni seperatçı Vaaqn Çaxalyan Saakaşvilini məhkəməyə verməyə çağırıb
Oktyabrın 25-də Gürcüstanın Axalkalki rayonunda prezident Mixail Saakaşvili ilə Cavexetiya ermənilərin lideri, əfv fərmanı ilə azadlığa çıxmış Vaaqn Çaxalyan arasında qalmaqal yaşanıb.
"Qruziya Onlayn" bildirir ki, Vaaqn və bir neçə nəfər prezidentə sual veriblər ki, niyə demokratik ölkədə partladılmış erməni kilsəsi bərpa edilmir. Erməni dili, mədəniyyəti və s. məsələlərdə ayrı-seçkilik edildiyini deyən Çaxalyan həm də Saakaşvilini məhkəməyə verməyə çağırıb.
Prezident isə məhz Çaxalyanın gürcü kilsəsini, Axalkalaki məktəbini dağıtdığını deyib: "Altı maddə ilə həbsxanada yatmısan. Sənmi məni mühakimə edəcəksən? Sən Rusiya Baş Kəşfiyyat İdarəsinə işləmiş separatçısan və məni ittiham edə bilməsən",- deyə Gürсüstan prezidenti bildirib.
//ANS PRESS