
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dindirilmək üçün Gürcüstanın Baş Prokurorluğuna çağırılıb.
Musavat.com-un gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq prezident bir sıra cinayət işləri ilə bağlı şahid qismində ifadə verməlidir.
Prokurorluqdan verilən açıqlamada belə işlərin sayının 10 olduğu bildirilir. Onların arasında 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişmiş baş nazir Zurab Jvaniyanın ölüm işi də var.
Yeni prezidentin seçilməsindən dərhal sonra ölkəni tərk eləmiş Saakaşvili martın 27-də saat 13:00-da istintaq orqanına gəlməlidir. Onun özü isə məsələyə hələ ki, münasibət bildirməyib.
Qaynar.info