Xəbər lenti

Saakaşvili həbs olunur?
Dünya07:00 21.02.2013

Saakaşvili həbs olunur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan prezidenti Mixail Saakaşvili həbs oluna bilər. Belə bir iddia ilə yerli “Versia” qəzeti çıxış edib. Etibarlı mənbəyə istinadən edən nəşrin məlumatına inansaq, prokurorluq nümayəndələri xarici diplomatlarla görüşüb və onlara Saakaşvili komandasına daxil olan şəxslərlə bağlı istintaq materiallarını təqdim edib. 

Həmin sənədlərlə tanışlıqdan sonra diplomatlarda heç bir sual qalmayıb. 

İddiaya əsasən, diplomatlar faktiki olaraq Tiflis meri Giqi Uqulava və prezident Mixail Saakaşvilinin həbsinə yaşıl işıq yandırıb.

Maraqlıdır ki, artıq prezident Saakaşvili bu məlumata reaksiya verib. İvanişvili hökumətindən qorxmadığını deyən prezident ölkəsinin inkişafı naminə etdiklərinə görə cavab verməyə hazır olduğunu bildirib: “Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə mənə ölüm hökmü çıxarmışdı. Heç onda qorxmadım. Gürcüstanın yeni hakimiyyətinin hədələrindən isə ümumiyyətlə qorxmuram” (anspress).

Qaynar.info