Xəbər lenti

Saakaşvili Putini təhqir etdi – FOTO
Dünya19:45 11.06.2014

Saakaşvili Putini təhqir etdi – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eks-prezident Saakaşvili Rusiya Prezidenti Vladimir Putinin adına təhqir dolu ifadələrlə bəzədilmiş şəkil nümayiş etdirib. 

Axar.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin rəsmi Feysbuk hesabında məlumat yayılıb. Gürcustanın eks-prezidenti öncə tək, sonra isə bir nəfər gənclə Rusiya istehsalı olan “Lada-99” markalı avtomobilin yanında şəkil çəkdirib. Avtomobilin arxasında isə Rusiya Prezidenti Vladimir Putini təqdir edən söyüşlə yanaşı, “Krım Ukraynanındır” şüarı yazılıb. 

Xatırladaq ki, Putinlə Saakaşvilinin düşmənçiliyi 2008-ci ildən başlayıb. Həmin ilin avqustun 8-də Gürcüstana hücum edən rus qoşunları bir sıra əraziləri tutmuşdu və Vladimir Putin müsahibələrinin birində Mixail Saakaşvilini cinsiyyət orqanından asacağını demişdi.