Xəbər lenti

Saakaşvilinin məxfi məlumatlarını oğurladılar
Dünya06:41 25.04.2013

Saakaşvilinin məxfi məlumatlarını oğurladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan prezidenti Mixail Saakaşvilinin iqamətgahına naməlum şəxslər daxil olaraq daxili kommunikasiya şəbəkəsindən müəyyən informasiya əldə etməyə çalışıblar. 

ANS PRESS-in verdiyi məlumata görə, bu haqda Gürcüstan prezident administrasiyasının rəhbəri Andro Barnov açıqlama verib. 

O, məsələ ilə bağlı danışarkən deyib ki, dövlət mühafizəsinin xüsusi xidməti Gürcüstan prezidentinə tabe olanda və sarayda bu cür hallar baş verəndə xidmət müvafiq texniki qruppu çağırılirdı: "Bu dəfə isə hər şəy fərqli oldu. Aprelin 24-də iki nəfər naməlum şəxs gümüşü rəngdə avtomobildə saraya gəldilər. Onlar ancaq prezident, patriarx və baş nazirin daxil ola biləcəyi girişdən daxil oldular. Dövlət mühafizə xidməti onları buraxdı. Bu xidmətə tabe olan yanğınsöndürmə xidməti isə həmin şəxslərə serverin açarlarını verdilər. "Svit-şum"un açalarını isə İT-xidmətindən həmin şəxslər özləri götürüblər. Qeyd edim ki, bu otaq olduqca həssas yerdir. Naməlum şəxslər bizə bəlli olmayan səbəblərə görə ora daxil olmuşdular. Biz onların nə ilə məşğul olduqlarını soruşduqda isə həmin şəxslər özlərini itirdilər. Onlar bizə heç nə deyə bilmədilər. Hətta buraya onları kimin göndərdiyini demədilər, çıxıb getdilər". 

Gürcüstan administrasiya rəhbəri məsələyə jurnalist və ictimaiyyətin qiymət verməsini və Gürcüstan baş naziri və hökumətin ölkə başçısının təhlükəsizliyini necə təmin edildiyinə diqqət çəkmək istəyib. Andro Barnov müvafiq orqanları faktla bağlı təcili araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırıb. 

Qaynar.info