Xəbər lenti

Saakaşviliyə qarşı ŞOK İTTİHAM
Dünya11:09 29.10.2013

Saakaşviliyə qarşı ŞOK İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mixail Saakaşvili 2013-cü ildə prezident fondu üçün ayrılmış pulları demək olar ki talan edib.

Qaynar.info
gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Narmaniya məlumat verib.

Onun sözlərinə görə, hazırda fondda cəmi 5 min lari (təxminən 3 min dollar) qalıb.

"Heç kimədə şübhə doğurmur ki, prezident Saakaşvili öz fondunu dağıdır. O, bilirdi ki, onun etimadnaməsi oktyabrın 27-ədə bitir və buna görə, həmin pulları özünün çoxsaylı xarici səfərlərinə xərclədi" deyə nazir bildirib.

Qeyd edək ki, Saakaşvilinin rəqibi olan "Gürcü arzusu" koaluisiyası hakimiyyətə gəldikdən sonra prezidentin ehtiyat fondu üçün ayrılan məbləğ azaldılıb. Fond üçün 2013-cü ilin əvvəlində 50 milyon lari nəzərdə tutulsa da, sonradan bu məbləğ 10 milyona endirilmişdi. Baş nazir Bidzina İvanişvili bildirmişdi ki, belə bir qərar Saakaşvilinin yersiz pul xərcləməyinə görə, verilib.

Qaynar.info