Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq, cənub küləyi əsəcək
Ölkə08:50 18.08.2015

Sabah 41 dərəcə isti olacaq, cənub küləyi əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə,cənub küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26 isti, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Qaynar.info