"Sabah" klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddətini uzadıb.
Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin yeni sözləşməsi bir illik nəzərdə tutulub.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2020-ci ilin dekabrında "Sabah"a keçib.