Xəbər lenti

Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək
Ekonomiks13:00 03.03.2022

Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası keçiriləcək.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Tədbirdə bu ilin fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq, vətəndaşların sualları canlı yayımda cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.