Xəbər lenti

Sabah dəhşətli isti olacaq
Ölkə10:01 20.08.2016

Sabah dəhşətli isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günü Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə  22-26° isti, gündüz 35-39°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  25-35% təşkil edəcək.               
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.
Avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.
Avqustun 21-də Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək isti olacağı gözlənilir.
Qaynarinfo.Az