Xəbər lenti

"Sabah" evdə qələbə qazandı
İdman15:00 09.04.2022

"Sabah" evdə qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində daha bir oyun baş tutub.
Qaynarinfo xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edib.
Qarşılaşmanın 40-cı dəqiqəsində "Sabah" Zurab Oçiqavanın qolu ilə hesabı açıb. İkinci hissənin başlanğıcında isə "Zirə" hesabı bərabərləşdirib. 48-ci dəqiqədə hamdiu Keyta fərqlənib. Ancaq Rəşad Sadıqovun komandasının sevinci uzun çəkməyib. 58-ci dəqiqədə Coy-Lens Mikels komandasını hesabda önə çıxarıb. Oyunda son nöqtəni Xulio Sezar Rodriges qoyub. Futbolçu 90+5-ci dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırıb. Beləliklə, "Sabah" bu görüşdən qələbə ilə ayrılıb - 3:1.
22-ci tura sabah "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
"Qarabağ" - 49, "Neftçi" - 41, "Zirə" - 36, "Qəbələ" - 34, "Sabah" - 32, "Şamaxı" - 20, "Sumqayıt" - 14, "Səbail" - 11
Səbuhi Həsənov