Xəbər lenti

Sabah Günəş tutulacaq - VİDEO
Ölkə09:52 02.11.2013

Sabah Günəş tutulacaq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 3-də Bakıda Günəş tutulması baş verəcək.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. O bildirib ki, saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq.
 
X. Mikayılov qeyd edib ki, Günəş tutulması əsasən, Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək: “Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq".
 
Onun sözlərinə görə, Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək.

Qaynar.info