Xəbər lenti

"Sabah" Gürcüstanda qələbə qazandı (VİDEO)
İdman05:57 21.07.2021

"Sabah" Gürcüstanda qələbə qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan "Sabah” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. 
Qaynarinfo xəbər verir ki, Bakı klubu yerli "Şukura” (Kobuleti) ilə qarşılaşıb. "Zestafoni”nin təlim-məşq bazasının meydançasında keçirilən oyun "Sabah"ın minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qola qarşılaşmanın 67-ci dəqiqəsində Xulio Rodriqes imza atıb.
Baş məşqçi Ramin Quliyevin start heyəti aşağıdakı kimi olub: 
Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava,  Slavik Alxasov, Şakir Seyidov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Coy-Lens Mikels, Ozan Can Kökcü, Xulio Rodriqes.
"Sabah” Tbilisi toplanışında növbəti oyununu iyulun 23-də Gürcüstan klubu "Samqurali”yə qarşı keçirəcək.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/YrIKPBfnu1Q" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">