Xəbər lenti

Sabah Göygöl Milli Parkına giriş pulsuz olacaq
Ölkə12:10 31.03.2019

Sabah Göygöl Milli Parkına giriş pulsuz olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 1-də "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.
Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.