Xəbər lenti

"Sabah" hakimlərdən narazıdı (VİDEO)
İdman12:10 07.11.2021

"Sabah" hakimlərdən narazıdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının X turunun "Sabah” – "Zirə” oyununda hakim idarəçiliyi yenə ön plana çıxdı. Belə ki, 6 qolun qeydə alındığı görüşdə  matçın baş hakimi Kamal Umudlunun bəzi qərarları mübahisəyə səbəb oldu.
Belə ki, matçın 20-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim "davam” işarəsi verdi. Bundan əlavə, oyunun 48-ci dəqiqəsində , hesab  3:1 "Sabah”ın xeyrinə olduğu zaman meydan sahiblərinin yarımmüdafiəçisi Xuan Kamara ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldı. 
Ən çox müzakirəyə səbəb olan epizod isə görüşün 72-ci dəqiqəsində yaşandı. Belə ki, meydan sahiblərinin hücumu zamanı top cərimə meydançası daxilində "Zirə”nin müdafiəçisinin əlinə dəysə də, görüşün baş hakimi oyunu davam etdirdi.
Hər 3 epizodun videosunu təqdim edirik.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=3377" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless=""> <iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=3375" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless=""> <iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=3376" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">