Xəbər lenti

Sabah hava yağmursuz keçəcək, külək əsəcək
Ölkə09:01 04.11.2021

Sabah hava yağmursuz keçəcək, külək əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.