Xəbər lenti

Sabah imtahan keçiriləcək
Ölkə10:22 06.04.2013

Sabah imtahan keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Azərbaycanda ali məktəbə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda keçiriləcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.