İdman 16:30 26.04.2023

“Sabah”ın baş məşqçisi erməni futbolçunun inkişafına sevinir

"Sabah"ın hazırkı baş məşqçisi Murad Musayev sabiq komandası "Krasnodar”ın çıxışlarını izləyib-izləməməsi ilə bağlı sualı cavablandırıb və keçmiş yetişdirmələrindən hansı ilə münasibət saxladığını bildirib.

Qaynarinfo xəbvər verir ki, o bu barədə MK-ya geniş müsahibəsində danışıb. 

"Vaxtım olanda "Krasnodar"ın oyunlarına baxıram. Çernikovun, Spertsyanın (erməni), Safonovun inkişafına sevinirəm. Şapinin də karyerasını izləyirəm. Bu yaxınlarda görüşdük və birlikdə nahar etdik. İqnatyev, Qolubevlə əlaqə saxlayıram. İsrail çempionatında çıxış edən Borodini izləyirəm. Amma mən təkcə uşaqlıqdan tanıdığım gəncləri izləmirəm. Maraqlıdır, Vanderson, Kabella, Viktor Klasson necə oynayır? İsveç Azərbaycanla oynayanda o mənə İbrahimoviçin imzası olan formasını verdi. Mən "Krasnodar"da işlədiyim bir çox oyunçu ilə əlaqə saxlayıram”, deyə Musayevin bildirib.

Alpər