"Sabah"ın əsas komandasının cari mövsümdəki ən məhsuldar futbolçusu Coy-Lens Mikels akademiyanın U-12 komandasının qonağı olub.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sürpriz şəkildə komandanın məşqinə gələn almaniyalı futbolçu görüş zamanı azyaşlı oyunçuların suallarını cavablandırıb.
Sonda U-12 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.