Xəbər lenti

Sabah paradda nə qədər texnika iştirak edəcək
Ölkə13:40 25.06.2013

Sabah paradda nə qədər texnika iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. 

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Eldar Sabiroğlu məlumat verib.

Məlumata əsasən, son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.

Qaynar.info