Xəbər lenti

Yeni ildə Türkiyə lirəsini nə gözləyir? – İqtisadçıdan proqnoz
Ekonomiks05:58 29.12.2021

Yeni ildə Türkiyə lirəsini nə gözləyir? – İqtisadçıdan proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gözlənilir ki, Mərkəzi Bank bir tərəfdən lirənin məzənnəsindəki mövcud durumu qoruyub saxlamağa çalışacaq. Amma etiraf etmək lazımdır ki, dolların valyuta bazarının təklifi formalaşmayanadək uzun müddətli stabillikdən danışmaq çox çətindir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov yeni ildə Türkiyə lirəsinin vəziyyətini şərh edərkən deyib. Deputat bildirib ki, Türkiyənin Mərkəzi Bankı bütövlükdə lirənin məzənnəsini stabilləşməsinə və lirəni mövcud kursunun qorunub saxlanılmasına çalışır:
"Nəzərə alsaq ki, Türkiyənin Mərkəzi Bankı tərəfindən intervensiya həyata keçirildi. Dollara olan tələbin ödənilməsi üçün valyuta bazarına olan intervensiya kursun müəyyən qədər stabilləşməsinə, hətta gedişlərdən lirənin möhkəmlənməsinə səbəb oldu. Amma nəzərə alaq ki, Mərkəzi Bankın intervensiyası ilə milli valyutanın məzənnəsi uzun müddət stabil saxlamaq çətindir. Burada valyuta bazarında dollara olan tələb-təklifin ödənilməsi və xüsusən də bazarın özünün xarici valyuta təklifinin olması çox vacibdir”.
Vüqar Bayramovun fikirincə, hələlik lirə üzərindəki qara buludlar qalmaqdadır:
"Risklər var. Xüsusən də bazarın təklifi əvvəlki ilə müqayisədə zəifdir”.
Bahar Rüstəmli