Xəbər lenti

Sabahdan havanın tempraturu 5-7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)
Ölkə09:51 14.11.2020

Sabahdan havanın tempraturu 5-7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i axşamdan 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən Qaynarinfo-ya verilən məlumata görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.