Sabahdan Ukraynanın paytaxtı Kiyevdə təhsil prosesi distant rejimdə bərpa olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhər Dövlət Administrasiyasının sədr müavini Valentin Mondrievski "Facebook"da məlumat verib.
"Bazar ertəsindən etibarən paytaxtın ümumi orta, peşə və ali təhsil müəssisələri onlayn təhsili bərpa edəcək”, deyə sədr müavini bildirib.
Mondryivski qeyd edib ki, müharibə dövründə distant təhsilin məqsədi təkcə yeni biliklərin mənimsənilməsi deyil, həm də psixoloji dəstək, ünsiyyətdir: "Bu, uşağa əlavə stress və həyəcan yox, kömək olmalıdır, ona görə də mənfi qiymətləndirmələr və ev tapşırığı olmayacaq. Əsas diqqət yalnız yeni materialın öyrənilməsinə deyil, həm də təkrara yönəldiləcək”.
Aydın