Azərbaycan Premyer Liqasında 20-ci turun daha bir matçı keçirilib.
Qaynarinfo xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Matçın yeganə qoluna 61-ci dəqiqədə Kristian Sebalyos imza atıb.
Tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
Səbuhi Həsənov