Xəbər lenti

"Sabah"ın 40-cı məğlubiyyəti
İdman14:46 13.09.2021

"Sabah"ın 40-cı məğlubiyyəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” Premyer Liqada 40-cı məğlubiyyətini alıb.
 
Qaynarinfo Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Bakı klubu III turun "Qəbələ” ilə ev oyununda uduzub – 0:2. Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.
Cari mövsümün hər üç matçında uduzan "Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə "Sumqayıt”dan alıb – 1:4.
Səbuhi Həsənov