Ölkə 12:49 07.08.2022

Sabahın hava proqnozu

Avqustun 8-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verdilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Abşeron çimərliklərində Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.