XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq
Ölkə18:22 13.08.2026

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq

Səhiyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsinin sabiq baş direktoru Mətanət Əfəndiyeva barəsində tətbiq edilən cərimə ləğv edilib və məsələ yenidən araşdırılacaq.

Qaynarinfo-nun məlumatına görə, sabiq baş direktor Mətanət Əfəndiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim-radioloq vəzifəsində işləyən Ramil Abdullayevin şikayəti əsasında İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə 2 000 manat (**düzəliş edildi**) cərimə olunub.

Bir neçə ay əvvəl vəzifəsindən azad edilən Mətanət Əfəndiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən barəsində tərtib edilən protokolun qanunsuz və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət edib.


Mətanət Əfəndiyeva

O, iddia edib ki, Ramil Abdullayev məzuniyyətdə olduğu vaxt sabiq baş direktor tərəfindən işə çağırılması barədə əmr olmadığı halda rəhbərliyə hər hansı məlumat vermədən işə çıxaraq pasiyentləri qəbul edib.

R. Abdullayevin rəhbərliyə bu barədə hər hansı məlumat vermədən, özbaşına işə çıxdığı, guya rəhbərlik tərəfindən işə çağırıldığı barədə xəstələrin qəbulu və qeydiyyatı şöbəsinə məlumat verərək əməkdaşları inandırdığı və bununla da ona pasiyent yönləndirilməsinə nail olduğu iddia edilib. Məsələnin üzə çıxmasından sonra isə izləri itirmək üçün İcbari Tibbi Sığorta sisteminə daxil olaraq müvafiq məlumatları sildiyi bildirilib.


Ramil Abdullayev

Həmçinin bu hadisə ilə bağlı İcbari Tibbi Sığorta tərəfindən şifahi şəkildə həkimin məzuniyyətdə olduğu halda işləməsinin qanunsuz olduğu bildirilib və həmin həkimin göstərdiyi xidmətlərin sistemdən silinməsi tələb olunub. Bildirilib ki, əks halda müəssisəni böyük cərimə gözləyir.

Məhkəmədə Mətanət Əfəndiyevanın Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından verdiyi şikayət qismən təmin olunub və həmin qərar ləğv edilib. Qərarın surəti yenidən araşdırma aparılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, ötən ilin dekabrında həkim-radioloq Ramil Abdullayev KİV-lərə açıqlamasında Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsində həkim-radioloq vəzifəsində işləyərkən rəhbərlik tərəfindən təzyiq və qanunsuz tələblərlə üzləşdiyini iddia edib.

O, son bir neçə ay ərzində institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən təzyiq və təhdidlərə məruz qaldığını deyib. Həkim iddia edib ki, direktor ondan icbari tibbi sığorta xətti ilə aldığı bonusların yarısını tələb edib və bu təkliflə razılaşmadığına görə rəhbərlik tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub.

Əhməd